Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi kəskin azalıb

167 Baxış

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmini açıqlanıb.

Oxu.Az-ın komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar ayında gömrük xətti ilə büdcəyə 282 milyon 736,5 min manat vəsait daxil olub.

Bu, əvvəlki aya (2020-ci ilin dekabr) nisbətən 19,8 faiz, ötən ilin yanvar ayına nisbətən isə 15,3 faiz azdır.

Yanvar ayı ərzində gömrük rüsumu üzrə 77 milyon 124,7 min manat, ƏDV üzrə 193 milyon 741,1 min manat, aksizlər üzrə 9 milyon 107,1 min manat, yol vergisi üzrə 2 milyon 763,6 manat vəsait büdcəyə cəlb edilib.

Ötən ay büdcə daxilolmalarının həcmi 2020-ci ilin ən aşağı göstəricisindən 0,9 faiz daha azdır.

Qeyd edək ki, 2020-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları üzrə ən aşağı göstərici avqust ayında qeydə alınıb və müvafiq dövr ərzində büdcəyə 285 milyon 263,5 min manat vəsait cəlb olunub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678