Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanın baş naziri Azərbaycan qazının Avropa bazarındakı əhəmiyyətindən DANIŞDI – VİDEO

134 Baxış

“Şahdəniz” yatağından Avropaya kommersiya məqsədli qaz nəqlinin başlanması Gürcüstanın da enerji təhlükəsizliyində və iqtisadi inkişafında mühüm yer tutur.

Bunu AzTV-yə müsahibəsində Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin əsas məqsədi Avropa bazarında rəqabətin gücləndirilməsidir.

Onun sözlərinə görə, layihənin Gürcüstan üçün əhəmiyyəti odur ki, əlavə qaz müqaviləsi 2026-ci ilədək qüvvədə olacaq.

“Sənədə əsasən, Gürcüstan hər il 500 milyon kubmetrə qədər qaz əldə edəcək”, – deyən baş nazir əlavə edib ki, Cənub Qaz Dəhlizinin inkişafının həm də siyasi əhəmiyyəti var.

“Bu günə qədər Gürcüstan regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, indi artıq beynəlxalq miqyaslı oyunçuya çevrilib. Gürcüstan vasitəsilə nəql olunan qaz beynəlxalq bazarların, əsasən da Avropa İttifaqı bazarlarında tədarükün şaxələndirilməsi və təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayacaq”, – deyə G.Qaxariya əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678