Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikayıl Cabbarov: “Azərbaycan ərazisindən keçən TIR-ların sayında əhəmmiyətli artım müşahidə olunub”

135 Baxış

“Nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir”.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda deyib.

“Bu gün də Türkiyə tərəfi ilə dediyim sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4% olub”, – deyə nazir bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678