Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR hava şəraiti ilə əlaqədar əməkdaşlarını təhlükəsiz yerlərə köçürür – AÇIQLAMA

128 Baxış

“Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”.

Bununla bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, artıq açıq səthlərdə aparılan işlər dayandırılıb, həmçinin idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub:

“45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən “Neft Daşları”na gətirilib”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Eləcə də, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın ikinci yarısında havanın dəyişəcəyi proqnozlaşdırılır. Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək. Daha çox həmin rayonlara qarın yağacağı gözlənilir.

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı təxmin edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678