Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azəri-Çıraq-Günəşli və Şahdəniz yatağından əldə edilən gəlir açıqlandı

146 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-fevral ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 578 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 574 milyon 543 min dollar həcmində gəlir əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfə və ya 42,8 faiz azdır.

Həmçinin, yanvar-fevral ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 3 milyon 538 min ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 19,7 dəfə azalıb. 

Qeyd edək ki, 2020-ci yanvar-fevral ayları ərzində AÇG yatağından 1 milyard 5 milyon ABŞ dollar həcmində, Şahdəniz yatağı üzrə kondensatın satışından isə 69 milyon ABŞ dolları gəlir əldə edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678