Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda dövlətin kirayə verdiyi evlərin sayı açıqlandı

173 Baxış

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində son iki ayda 200-dən çox mənzil rəsmiləşdirilərək vətəndaşlara təhvil verilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.

O bildirib ki, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin olmasına baxmayaraq layihəyə kifayət qədər maraq müşahidə olunub:

“Fondun mərhələli şəkildə balansına daxil olan mənzillərin sayı 1 405-dir. Bu mənzillərdən artıq 632-si vətəndaşların istifadəsinə verilib. Son iki ayda isə 200-dən çox mənzilin açarları sahiblərinə təhvil verilib”.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlayıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678