Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Expressbank” daha 10 vətəndaşın arzusunu reallaşdırdı! – FOTO

144 Baxış

Sosial yönümlü layihələrin həyata keçirilməsinə xüsüsi önəm verən “Expressbank”, Korporativ Sosial Məsuliyyət çərçivəsində həssas əhali qrupuna aid ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə keçirilən müxtəlif layihələrdə daim iştirak edir.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas qrupların özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsində əməkdaşlığ”a dair imzalanmış Memoranduma əsasən “Expressbank” növbəti dəfə sosial müdafiəyə xüsusi ehtiyacı olan 10 ailəni dəstəkləyib. Həmin vətəndaşlar dərzi kimi fəaliyyətə başlayaraq öz bizneslərini qurmaq və sahibkar adını qazana bilmək üçün “Expressbank” tərəfindən cari il ərzində bütün zəruri avadanlıqlarla təmənnasız təmin ediliblər.

“Expressbank” tərəfindən vətəndaşlara avadanlıqların təqdim edilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlarının iştirakı ilə baş tutub. “KOB Dost” layihəsinin əsas məqsədi gələcəkdə sahibkarların mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, onların hüquqlarının müdafiəsi və yarana biləcək problemlərin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həll edilməsidir. 

Qeyd edək ki, ötən il ərzində “Expressbank” ümumilikdə 16 aztəminatlı ailəyə Özünüməşğulluq proqramı çərçivəsində dəstək olub. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678