Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TAP-ın ilkin yoxlamalarına başlanılacaq

130 Baxış

“NDT Global” şirkəti Trans Adriatik Boru Kəməri üzrə ilkin yoxlanışların həyata keçirilməsi üçün TAP konsorsiumu ilə müqavilə imzalayıb.

Oxu.Az-ın məlumatına görə, ultrasəs yoxlamalar və akustik rezonans texnologiyalarının aparıcı tədarükçüsü olan şirkət uzunluğu 878 kilometr olan irihəcmli qaz kəməri sisteminin tədqiqi üzrə dağlıq ərazilərdə, yüksək hündürlüklərdə və mürəkkəb sualtı dərinliklərdə yoxlamaları həyata keçirəcək.

Şirkət yoxlanışları ART Scan texnologiyaları vasitəsilə icra edəcəyi və bu texnologiyaların boru xəttinin davam etdiyi çətin relyeflərdə araşdırma qabiliyyətlərinə malik olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin noyabr ayında kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətinə gətirilən Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci il dekabrın 31-də kommersiya məqsədli Azərbaycan qazının Avropaya tədarükünə start verildi.

Layihənin başa gəlməsində Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Artıq 2021-ci ilin ilk günlərindən etibarən İtaliya, Yunastan və Bolqarıstan kommersiya məqsədli Azərbaycan qazını əldə ediblər.

TAP vasitəsilə Şahdəniz yatağından hasil edilən təbii qaz Yunanıstan ve Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçərək İtaliyanın cənubuna nəql edilir. Bununla da Bolqarıstan qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.

Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678