Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərin yeni mərhələsində – FOTO

125 Baxış

“Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığımızın da gücləndirilməsi üçün geniş imkanlar açır”.

Bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı səsləndirib.

Nazir bildirib ki, Azərbaycan qardaş ölkə ilə çoxşaxəli biznes əməkdaşlığını daha da genişləndirmək niyyətindədir:

“Ortaq maraqların və dəyərlərin birləşdirdiyi qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əlaqələrimizin daha da möhkəmləndirilməsi hər birimizdə sevinc hissi doğurur. Bu gün qürurla deyə bilərik ki, münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb. Ölkələrimiz dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi bütün məsələlərdə və platformalarda biri-birinin yanındadır”.

Onun sözlərinə görə, Sahibkar Təşkilatları Milli Konfederasiyası ilə Türkiyə Əsnaf Sənətkarları Konfederasiyası arasında bu gün imzalanacaq razılaşma memorandumu iqtisadi fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.

Nazir əlavə edib ki, Hökumətlərarası Rəqəmsal Ticarət haqqında anlaşma memorandumu da ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə hüquqi zəmin yaradacaq:

“İkitərəfli ticarətin rəqəmsallaşdırılması mal və xidmətlərin müasir vasitələrlə ticarəti və ölkələrimizdə rəqəmsallaşma prosesinin gücləndirilməsi istiqamətində əməkdaşlığı təmin edəcək. Yaxın gələcəkdə Azərbaycanın İstanbuldakı baş konsulluğunda təsis edilməsi planlaşdırılan ticarət nümayəndəliyi də bu istiqamətdəki işlərin daha səmərəli və çevik olmasına töhfə verəcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678