Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda təqaüdün maksimum məbləği 2 min manat olub

125 Baxış

Azərbaycanda son üç ildə yaşayış minimumu 23 faiz artaraq 190 manat olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç illik hesabatında məlumat verilib.

Bildirilib ki, bu dövr ərzində ölkəmizdə ehtiyac meyarı 38 faiz artaraq 160 manatı təşkil edib.

Müvafiq dövrdə müavinətlərin orta məbləği 95 faiz artaraq 119 manata bərabər olub. Eləcə də, müavinətlərin maksimum məbləği 65 faiz artaraq 150 manat təşkil edib.

Azərbaycanda son üç ildə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2 min manat olub.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği isə 61 faiz artaraq 240 manatı təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678