Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əmlakını qeydiyyata almaq istəyənlərin NƏZƏRİNƏ

177 Baxış

Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A ünvanında keçiriləcək.

Digər səyyar sənəd qəbulu noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678