Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər ev alıb? – FOTO

126 Baxış

2021-ci ilin mart ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 106 daşınmaz əmlak alışı həyata keçirib.

Oxu.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 8-ci sırada qərarlaşıb.

Mart ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11 ədəd və ya 11,6 faiz artıb. Əvvəlki ayla (2021-ci il fevral) müqayisədə isə 29 ədəd və ya 37,7 faiz çoxdur.

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 502 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,1 dəfə azalıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 285 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya, Ankara, Mersin və Yalovanın payına düşüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678