Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət büdcəsi kanalı ilə pul bazasının genişlənməsi proqnozlaşdırılır

160 Baxış

Cari ilin sonuna dövlət büdcəsi kanalı vasitəsilə pul bazasının genişlənməsi proqnozlaşdırılır.

Mərkəzi Bankdan verilən məlumata əsasən, manatla geniş pul kütləsi son ayda 1,8 faiz, ilin əvvəlindən isə 1 faiz artıb.

İqtisadiyyata kredit qoyuluşları cari ilin 10 ayında 1,9 faiz, o cümlədən, biznes kreditləri 2,6 faiz artıb.

Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri ötən iclasdan bəri azalaraq faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb. Belə şəraitdə banklararsı bazarda orta faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin də azalması davam edir.

Ötən iclasdan bəri yeni verilmiş kredit faizləri azalıb. Monetar siyasətin yumşalmasına baxmayaraq, daxili və xarici risklərin dairəsinin genişlənməsi depozit və kredit faizlərinin azalma imkanlarını məhdudlaşdırır.

Pandemiyadan zərər çəkmiş biznesə və maliyyə sektoruna dəstək məqsədilə tətbiq edilən makroprudensial tənzimləmə güzəştlərinin müddətinin 1 yanvar 2021-ci il tarixinədək uzadılması monetar şəraitin yumşaldılmasının transmissiyasına və real sektorun kreditləşdirilməsi şərtlərinin yaxşılaşdırmasına əlavə dəstək verməkdədir.

Ötən iclasdan bəri valyuta bazarında sabitlik və tarazlıq davam etmiş, manatın məzənnəsi sabit qalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678