Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sosial sahədə Türkiyə sahibkarları ilə birgə layihələr hazırlanacaq

163 Baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandökenlə görüşüb.

KOBIA-dan verilən məlumata əsasən, O.Məmmədov ölkəmizdə də bu sahənin dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib.

Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı vurğulanıb.

KOBİA sədri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verib, həmçinin, İzmirdə baş vermiş zəlzələdən təəssüfləndiyini bildirib.

Görüşdə ölkə regionlarında TESK və biznes assosiasiyalarla birgə layihələrin, o cümlədən, sosial sahibkarlıq sahəsində layihələrin həyata keçirilməsi, kiçik sahibkarların reyestrinin yaradılmasında TESK təcrübəsinin öyrənilməsi və KOB-ların fəaliyyətinin dəstəklənməsi üzrə birgə təşəbbüslər müzakirə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678