Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bank BTB” 2021-ci ilin I rübünü mənfəətlə başa vurub

137 Baxış

“Bank BTB” 2021-ci ilin birinci rübünü 365 min manat xalis mənfəətlə başa vurub.

Bankın faiz gəlirləri 6 milyon 101 min manat, faiz xərcləri isə 3 milyon 634 min manat olub.

Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 2 milyon 67 min manat təşkil edib.

2021-ci ilin birinci rübün sonuna “Bank BTB”nin cəmi aktivləri 336 milyon 735 min manat olub.

Müxtəlif kredit məhsulları təqdim edən “Bank BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 222 milyon 350 min manat, fiziki şəxslərin müddətli depozit portfeli isə 103 milyon 845 min manat təşkil edib.

Qeyd edək ki, “Bank BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi və əhatəsinin genişləndirilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.

Bankın hər hansı məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46” WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678