Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan sentyabr ayında 700 milyon dollarlıq məhsul ixrac edib

197 Baxış

2020-ci ilin sentyabr ayında Azərbaycanın ümumi ixrac dəyəri 700 milyon ABŞ dolları həcmində olub.

Bu barədə İqtisadi İslahatların Təhlili Mərkəzi məlumat verib. 

Belə ki, qeyri-neft sektorunun ixtracda həcmi 129,3 milyon ABŞ dolları həcmində olub. Bu ilin sentyabr ayında qeyri-neft sektoru məhsullarının ixracda həcmi 18,5 faiz təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz daha çoxdur.

Qeyri-neft sektorunda yeyinti məhsullarının payı 30,5 faizdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu 3,9 faiz çoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678