Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilən ərazilərin qazlaşdırılması ilə bağlı plan hazırlanıb

116 Baxış

“İşğaldan azad edilmiş ərazilərin qazlaşdırılması prosesi ilə bağlı Prezident Administrasiyası tərəfindən müvafiq qruplar yaradılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri da Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini göstərirlər: “Prosesin icrası üzrə ilkin inventarlaşdırma işləri aparılıb. Layihələndirmə işləri üçün tapşırıqların verilməsi gözlənilir”. 

Ruslan Əliyev qeyd edib ki, qazlaşdırma ilə bağlı ilkin plan artıq mövcuddur və onun layihə formasına salınması üçün birgə işlər görülür. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678