Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qeyri-dövlət subyektləri 417,9 milyon dollarlıq ixrac həyata keçirib – FOTO

198 Baxış

Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə özəl subyektlər 417,9 milyon dollarlıq ixrac həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, reytinqə əsasən, ilk yerdə 84,9 milyon ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi gəlir.

Daha sonra, 84,7 milyon ixrac həcmi ilə “Socar Polymer” MMC, 61,3 milyon dollar ixrac həcmi ilə “Land Lojistic” MMC, 50,4 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC,  27 milyon dollar ixrac həcmi ilə “Sun Food” MMC şirkətləri ilk beşlikdə qərar tutublar.

Bu şirkətlərin ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artım təşkil edib.

Eləcə də, “Global Trade Group” MMC 26,3 milyon dollar, “Fruit Store” MMC 24,5 milyon dollar, “Baku Steel Company” 21,2 milyon dollar, “Fruit City Group” MMC 18,5 milyon dollar və “P-Aqro” MMC 17,3 milyon dollar həcmində qeyri-neft sektoru üzrə ixrac həyata keçirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678