Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qubada turizm müəssisələri üçün təlimlər keçirilib – FOTO

127 Baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə Quba rayonunda fəaliyyət göstərən turizm müəssisələri və turizm sahəsində təhsil alan tələbələr üçün təşkil olunmuş təlimlər başa çatıb. 

Turizm obyektlərinin yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına və turizm sahəsində kadr potensialının inkişafına dəstək məqsədilə keçirilmiş təlimlərdə turizm müəssisələrinin 70-ə yaxın rəhbər və işçi heyəti, 4 təhsil müəssisəsində turizm sahəsində təhsil alan 40-dan çox tələbə iştirak edib. Qeyd edək ki, turizm sahəsində təhsil alan tələbələrin təlimlərə cəlb olunmasında məqsəd onların məşğulluq imkanlarının genişləndirilməsinə və turizm müəssisələrinin potensial kadr seçiminə dəstək göstərmək olmuşdur.  

Nəzəri və praktik hissələrdən ibarət təlimlər çərçivəsində iştirakçılar turizm müəssisələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, marketinq, satış, “MSDS” təlimatı və təmizlik heyəti üçün kimyəvi dərmanlardan istifadə, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena qaydalarına nəzarət, xidmət və menyunun təqdimatı, qonaqpərvərlik, müştərilərlə peşəkar ünsiyyət mövzularında məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Turizm müəssisələrində təşkil olunan təlimlər pandemiya ilə əlaqədar olaraq qruplar şəklində və müvafiq qaydalara uyğun olaraq keçirilib.   

Təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim olunub. 

Yaxın günlərdə Qusar rayonunda fəaliyyət göstərən turizm müəssisələri və tələbələr üçün də turizmlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678