Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərsu” Hövsan Aerasiya Stansiyasındakı işlərə 2,1 milyon sərf edəcək

195 Baxış

“Azərsu” ASC Hövsan aerasiya stansiyası üzrə görüləcək işlərlə bağlı açıq tenderinə yekun vurub. 

Oxu.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “AzELMAŞ” Elmi Texniki Firması olub. 

“Azərsu” ASC şirkətə Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınmasına görə 2 milyon 128 min 699 manat həcmində ödəniş edəcək. 

Qeyd edək ki, “AzELMAŞ” 1993-cü ildən fəaliyyət göstərən müxtəlif təyinatlı mexaniki, elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması, quraşdırılması işlərini həyata keçirir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678