Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR elan etdiyi tender üzrə müraciətlərin son tarixini uzatdı

168 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) elan etdiyi açıq tender üzrə müraciətlərin son tarixini uzadıb.

Oxu.Az-ın Dövlət Neft Şirkətinin saytından əldə etdiyi məlumata əsasən, SOCAR “Neftqaztikinti” tresti qapalı metal profillərə olan tələbatını təmin etmək məqsədilə həmçinin təklif zərflərinin açılış tarixinin müddətini uzadıb. 

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 17 noyabr tarixində Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanına təqdim olunmalıdır.

Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyən şəxslər 118 AZN və ya ekvivalent məbləğdə iştirak haqqı ödəməlidirlər.

Hazırkı satınalma əməliyyatı üzrə satınalan təşkilat tərəfindən maksimal olaraq 30 faiz avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur. 

Elanın, satınalma predmeti haqqında geniş məlumat və əsas şərtlər toplusunu əldə etmək üçün müraciət formasının yerləşdirildiyi internet ünvanına müraciət edə bilərsiniz.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678