Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Elektron imza”dan istifadənin genişləndirilməsi ilə bağlı TƏKLİF

127 Baxış

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və bank nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Azərbaycanın Banklar Assosiasiyasından (ABA) Oxu.Az-a verilən məlumata əsasən, görüş zamanı nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən “elektron imza” sertifikatlarının bank xidmətlərində istifadəsi barədə müzakirələr aparılıb.

Eləcə də, rəqəmsal bankçılığın inkişaf etdirilməsində sertifikat xidməti mərkəzlərinin imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.

Sonda Mərkəzi Bank nümayəndələri, habelə ABA-nın Ekspert Qrupları tərəfindən maliyyə-bank sektorunda elektron imzadan istifadənin stimullaşdırılması məqsədilə “elektron imza” sertifikatları tətbiq edilmiş yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə təklifi irəli sürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678