Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir ayda ipoteka krediti əldə edən şəxslərin sayı məlum oldu

160 Baxış

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən iyun ayının 1-nə fond 2 541 borcalana 170,1 milyon manata qədər ipoteka krediti verib.

Ümumilikdə isə bu günə qədər fond 34 min borcalana 1 milyard 810,2 milyon manat məbləğində ipoteka krediti verib. Təkcə may ayında isə 648 borcalan 37,6 milyon manat məbləğində kredit əldə edib.

Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 822 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

2021-ci ilin əvvəlindən iyun ayının 1-nə isə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 409 mənzil təqdim edilib. Təkcə may ayında isə 48 mənzil satmaq öhdəliyi kirayəyə vermək yolu ilə vətəndaşlara təhvil verilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678