Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AQTA: “Vətəndaş aldadılır, enerji içkisi adı ilə adi içki satılır”

140 Baxış

“Enerji içkiləri 18 yaşına çatmamış şəxslər üçün satışa qadağandır, deməli bu şəxslər daha çox risk qrupuna aiddir və enerji içkisinin onlar üçün mənfi təsiri daha çoxdur”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

AQTA rəsmisi enerji içkisinin gündəlik istehlak miqdarı barədə də məlumat verib. O bildirib ki, bu, gündəlik 500 ml-dən artıq olmamalıdır:

“Yol verilən qaydalar içərisində olsa belə bir-neçə qab istehlak edilirsə artıq həddən keçmiş olur. Deməli həm də istehlak norması tənzimlənməlidir”.

Aparat rəhbəri enerji məhsullarının qablaşdırılmasında xüsusi qeydlərin edilməsinə gərək olduğunu açıqlayıb:

“Əgər məhsul enerji içkisidirsə bu onun qablaşdırılmasında qeyd edilməlidir. Biz bəzən bu məhsulların markalanmasında istehlakçıların aldadılma hallarına şahid oluruq. Bir sıra enerji içkilərinin tərkibində kofeinin miqdarı 15-dən aşağı olduğuna görə onu artıq enerji içkisi adlandırmaq olmaz. Bu sadəcə sərinləşdirici içkidir. Onun stimullaşdırıcı effekti olmayacaq”.

Elxan Mikayılov qeyd edib ki, bəzən məhsulun tərkibində olan bütün maddələr qablaşdırmada əks edilmir və ya sadəcə kofeinin miqdarı bəyan edilir, digərləri bəyan edilmir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678