Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Petroleum” yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdi – FOTO

169 Baxış

Bu gün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 208 ünvanında “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-nin məlumata əsasən, bununla da ümumilikdə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-a çatdırılıb.

Sumqayıt şəhəri daxil olmaqla Saray qəsəbəsi və Sumqayıt-Novxanı istiqamətinə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM-in daha əlverişli olduğu bildirilib.

Bu yanacaqdoldurma məntəqəsində “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 36 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678