Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kredit borcları gecikdirilərsə… – Ali Məhkəmə izah verdi

116 Baxış

Ali Məhkəmə kredit müqaviləsi üzrə borc öhdəliyinin gecikdirildiyi halda kreditorla borclu arasında münasibətlərin necə tənzimlənməsi hallarına aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına əsasən, Ali Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsini şərh edərək tərəflər üzərinə düşən öhdəlikləri izah edib.

Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin.

Ali Məhkəmənin rəyinə əsasən, əgər tərəflərin mübahisəsi məhkəmə predmetinə çevrilərsə, məhkəmələr həmin hal üzrə illik beş faizin tutulmasına dair tələbi təmin etməlidir. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678