Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Bankdan vətəndaş qəbulu ilə bağlı AÇIQLAMA

124 Baxış

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bankdan Oxu.Az-a verilən məlumata əsasən, pandemiyaya qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq onlayn şəkildə qəbul istiqamətində əlavə işlər görülüb.

Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “İstehlakçıların hüquqları” bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək “Skype” və ya “Whatsapp” vasitəsilə videoqəbulda iştirak edə bilərlər.

Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla, həmçinin, 055 966 19 66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.

Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın “966” qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin edib, eyni zamanda vətəndaşların onlayn qəbuluna başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678