Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aylıq gəliri 1000 manatdan yuxarı olan gənclər manatla yığım edirlər

137 Baxış

Azərbaycanda milli valyutaya inam və məzənnədən gözləntilərlə bağlı keçirilən sorğunun nəticələrinə əsasən hazırda əlində əlavə vəsait olanların 31,5 faizi onu manat formasında saxladığını bildirib.

Sosial Tətqiqatlar Mərkəzindən Oxu.Az-a verilən məlumata əsasən, Şəki-Zaqatala (42,9 faiz) və Dağlıq Şirvanda (36,1 faiz) manat formasında əlavə vəsaiti saxlayanlar digər bölgələrə nisbətən daha geniş yayılıb.

18-25 yaş qrupunda olanların və aylıq gəliri 1 000 manatdan yuxarı olanların manat formasında əlavə vəsaiti saxlama ehtimalı daha yüksəkdir. Seçmənin daha çox hissəsi (61,7 faiz) ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib.

Respondentlərin bu mənada seçdiyi ikinci valyuta isə dollar (31,5 faiz) olub. Dağlıq Şirvan (57,8 faiz) və Quba-Xaçmaz (52,6 faiz) yeganə iqtisadi bölgələrdir ki, burada respondentlərin daha çox hissəsi dollara üstünlük verir. Dollara meyllilik yaş artdıqca azalır. Aylıq gəliri 500-1000 manat aralığında olanların 53,2 faizi ehtiyatda vəsait olduğu halda onu manat formasında saxlayacağını deyib ki, bu da digər müvafiq qruplardan daha yüksəkdir. Özəl sektorda çalışanların 36,3 faizi dollara üstünlük verir ki, bu da digər müvafiq qruplardan daha çoxdur.

Qarşıdakı dövrlərdə manatın məzənnəsi ilə bağlı respondentlərin 10,9 faizinin heç bir gözləntisi olmadığı halda, daha böyük sayda iştirakçı (58,7 faiz) manatın məzənnəsinin sabit qalacağını hesab edir. Devalvasiya ehtimalının yüksək olduğunu 17,6 faiz düşünür. Təhsil səviyyəsi artdıqca devalvasiya ehtimalını yüksək dəyərləndirənlərin də sayı artır. Şəki-Zaqatala (47,1 faiz), Gəncə-Qazax (21 faiz) və Abşeronda (21 faiz) devalvasiya gözləntiləri daha geniş yayılıb.

Özəl sektor və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar məşğuliyyət qrupları arasında Mərkəzi Bankın hazırki valyuta siyasətindən ən çox razı qalanlardır.

Qeyd edək ki, 1 073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində keçirilən telefon sorğusunda əminlik intervalı 95 faiz, xəta marjası 3 faiz təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678