Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha öncə dəfələrlər cərimələnən ət satışı məntəqələri yenə də qanunsuz fəaliyyət göstərir

137 Baxış

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə qarşı növbəti reydlər keçirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsasən, Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən beş heyvan kəsimi və ət satışı məntəqəsində qanunsuz fəaliyyət aşkarlanıb. 

Bildirilib ki, dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlar qanunsuz fəaliyyətlərini davam etdiriblər.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678