Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaricə ən çox məhsul satan özəl şirkətlərin gəlirləri məlum oldu – FOTO

139 Baxış

2021-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 288,2 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 64,1 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 51,8 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “Local Garden” (43,1 milyon dollar), “P-Aqro” (28,3 milyon dollar), “Baku Steel Company” (22,4 milyon dollar), “Sun Food”dur (19,8 milyon dollar).

Digər şirkətlərin ixrac həcmindən əldə etdikləri gəlir ilə infoqrafikadan tanış ola bilərsiniz:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678