Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il BTC ilə 160 tanker Azərbaycan nefti dünya bazarlarına satılıb

140 Baxış

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2021-ci ilin əvvəlindən avqust ayına qədər 115 811 354 barelə yaxın neft nəql edib.

Oxu.Az-ın “BOTAS International Limited”dən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin əvvəlindən avqust ayının əvvəlinə qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 160 tankerə yüklənərək dünya neft bazarlarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 686 826 821 barel neft nəql edilib. Bu neftin daşınmasında 4 819 tankerdən istifadə edilib.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678