Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir

163 Baxış

Azərbaycan Ukraynanın neft və xam neft idxalında 63 faizlik paya sahib olub.

Bu, Ukrayna Dövlət Gömrük Xidmətinin statistikasında öz əksini tapıb.

Ukraynanın neft idxalında Azərbaycan 62,68 faiz payla bu dövr ərzində Ukraynaya 216,16 milyon ABŞ dolları həcmində xam neft ixrac edib. 

ABŞ isə idxalın 24,08 faizini təşkil edib və bu dövrdə ölkəyə 83,05 milyon dollarlıq xam neft ixrac edib. Liviya isə 13,21 faizlik paya sahib ölkə kimi Ukraynaya 45,56 milyon dollarlıq xam neft ixracı həyata keçirib.

Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Ukrayna 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, neft və xam neft idxalını 1,7 dəfə və ya 438,33 min ton həcmində artıraraq, 1,05 milyon tona çatdırıb.

Müvafiq dövr ərzində ölkə 344,85 milyon ABŞ dolları həcmində xam neft idxal edib. Bu isə 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 9,3 faiz daha çoxdur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678