Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda benzin istehsalı artdı

130 Baxış

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında avtomobil benzinin istehsalı 7,4 faiz artıb.

Turanmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən KONKRET.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,7 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, sürtkü yağlarının istehsalı 63,9 faiz, neft koksunun istehsalı 34,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, neft bitumunun istehsalı 9,3 faiz, yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678