Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

YBƏA-nın Azərbaycana ayırdığı kreditdən istifadə müddəti artırılır

128 Baxış

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, Kredit Sazişinə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin həyata keçirilməsinə 32 milyard 851 milyon Yapon yeni məbləğindən artıq olmayan vəsaiti borc verməyə razılaşıb.
Kredit sazişi çərçivəsində vəsaitlərinin ən son istifadəsi Kredit Sazişinin qüvvəyə minməsi tarixindən 8 il sonra eyni ay və gün tarixindən gec olmayaraq yerinə yetirilməli idi. Başqa sözlə, Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi.
Layihəyə əsasən, YBƏA və Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək. İstifadə müddəti başa çatandan sonra YBƏA tərəfindən heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirilməyəcək.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678