Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

125 Baxış

Turanmedia.az xəbər verir ki, “InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Omicron dalğası fonunda narahatlıqlar və Almaniyada biznes mühitinin proqnozlaşdırılandan sürətlə pisləşməsi, avroda ucuzlaşmaya, güvənli liman maliyyə aləti kimi dollara olan tələbi artırmışdır. Beləliklə, EUR-USD məzənnəsi 1,12$-a düşə bilər.

Bununla yanaşı, Milad və Yeni il bayramları ərəfəsində ticarət aktivliyinin getdikcə zəiflədiyi, ehtiyat tədbirlərin artdığı müşahidə edilir.

GBP

Narahatlıqlar, xüsusilə də mərkəzi bankın faizlərini yüksəldilməyə başladığı bir vaxtda İngiltərədə də artıb. Bu, GBP-USD məzənnəsinin bir ilin minimumuna – 1,3164 səviyyəsinə düşməsinə kimi dərinləşə bilər.

TRY

Foreks bazarlarında USD-TRY məzənnəsi yüksəlməkdə davam edir və növbəti önəmli müqavimət səviyyəsi 18,72TL-dir.

Qeyd etmək lazımdır ki, TCMB-nin faizlərini azaltmaqda davam etməsinə baxmayaraq, proses bir tərəfdən də proqnozlara bərabər, yəni zəif davam etdirilir. Bu, lirənin ucuzlaşmasının yavaşlamasına da səbəb olub.

OIL

Qlobal iqtisadiyyata dair narahatlıqların yenidən artması, enerji birjalarında neftə olan tələbi də azaldır. 70$ dəstəyi də qırılacağı təqdirdə, Brent neftində ucuzlaşma 66$-a kimi sürətlənə bilər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Mərkəzi banklar tərəfindən siyasətlərin sərtləşdirilməsinə başlanılması və buna dair bəyanatların artması, əlvan metallar bazarlarında qızıl da ucuzlaşır. Təhlillərə əsasən, bir unsiya qiymət 1 800$-ı (57,9$/qram) da qırarsa, 1 776$-a (57,1$/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678