Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda kağızın qiyməti niyə bahalaşır? – AÇIQLAMA

112 Baxış
Son dövrlərdə Azərbaycanda kağızın qiymətində ciddi artım müşahidə olunur. Bəzi mağazalarda A4 kağızının qiyməti hətta 13-14 manata qədər bahalaşıb. Bəs görəsən, bu bahalaşmanın səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli Azərbaycanda A4 kağızının istehsal edilmədiyini bildirib: “Kağız istehsalı ilə bağlı təcrübəmiz yoxdur. Bununla yanaşı kağız isethsalı üçün yetərli xammal da mövcud deyil. Bu məhsulun ölkəmizdə istehsalı rentabelli deyil. Buna görə də A4 kağızını xarici ölkələrdən idxal edirik. Kağız istehsalı işinin təşkili üçün ixtsisaslı işçi qüvvəmiz də yoxdur. Azərbaycanın kağız idxalının 99 faizi Rusiyanın payına düşür. Rusiyada meşə sənayesi kağız istehsalına geniş imkanlar yaradır. Onların bu sahədə geniş təcrübəsi var və daha ucuz, keyfiyyətli məhsul təqdim edir”.

İqtisadçı bildirib ki, kağızın bahalaşmasının bir neçə səbəbi var: “Pandemiya ümumilikdə qlobal iqtisadiyyata mənfi təsir etdi. Pandemiyadan sonra meşə sənayesi məhsullarının və taxtanın qiyməti iki dəfəyə qədər bahalaşıb. Demək olar ki, əksər məhsulların qiymətində artım müşahidə olundu. Son günlər yaşanan bahalaşmanın əsas səbəbi isə Rusiyaya tətbiq olunan sanksiyalardır. Rusiyanın kağız istehsalı üçün öz xammalı olsa da, digər lazımı məhsulları Almaniya və başqa Avropa ölkələrindən alır. Buna görə də istehsal xeyli çətinləşib. Pul ödəmələrində xeyli ləngimələr var. Sanksiyalar rus şirkətlərinin iş prosesini pozub. Dəyər zəncirində ciddi qırılmalar yaranıb. Bütün bunlar kağız istehsalını çətinləşdirir və istehsalın həcmi getdikcə azalır. Nəticədə Rusiyadan aldığımız kağızın qiyməti günü-gündən artır”.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678