Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Rusiya neftinin alışını DAYANDIRDI

75 Baxış

Azərbaycanın neft-qaz şirkətinin “SOCAR Trading” bölməsi Rusiya neftinin alışını dayandırıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, əvvəllər bu neft Azərbaycanın Türkiyədə yerləşən neft emalı zavodunda emal üçün istifadə olunurdu.

“Reuters”in xəbərinə görə, bu, Aİ-nin Rusiya neftinə qarşı sanksiyaları ilə bağlıdır.

Türkiyə Statistika İnstitutunun verdiyi məlumata görə, neft də daxil olmaqla, Rusiya enerji resurslarının Türkiyəyə idxalı oktyabr ayında təxminən 25% azalıb. “Argus Media” qiymət agentliyinin məlumatında deyilir ki, hazırda Rusiyanın “Urals” neftinin istehlakçıları əsasən Hindistan və Türkiyədir.

Qeyd edək ki, Rusiya neftinə dekabrın 1-də Avropa İttifaqı tərəfindən tətbiq edilən qiymət tavanı onu bir barel üçün 60 dollardan yuxarı qiymətə daşıyan gəmilərin sığortadan imtinasını nəzərdə tutur. Ehtimal olunur ki, bunun fonunda tankerlər Türkiyə sahillərində ilişib qalırlar. Çünki Ankara gəmilərdən sığortaçılarından Türkiyə sularında sığorta təminatına zəmanət verən məktublar təqdim etməyi tələb edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678