Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda vahid taksi xidməti yaradılır? – RƏSMİ

73 Baxış

Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır:

“Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər”.

R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: “Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər”.(Report)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678