Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda yeni bank yarana bilər

80 Baxış

Pakistanın “MCB Bank”ı Azərbaycanda bank lisenziyası almaqda maraqlıdır.

Turanmedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti deyib.

“Hazırda bu istiqamətdə müzakirələr aparılır. “MCB Bank” Pakistanın böyük banklarından biridir və Azərbaycanda bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərir”, – o qeyd edib.

Xatırladaq ki, MCB BOKT 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın “MCB Bank”ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678