Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı AB-nin daha bir ölkəsinə qaz nəqlinə başlayır

75 Baxış

SOCAR və “Romgaz” arasında Azərbaycan Respublikasından Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 2023-cü il yanvarın 1-dən etibarən Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan-Komotiniyə çıxış nöqtəsində Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə planlaşdırılmış qaz nəqlini nəzərdə tutur.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert İlham Şaban qeyd edib.

O bildirib ki, bu müqaviləni imzalamaqla Azərbaycan öz qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edir:

“Müqavilə Azərbaycan hökumətinin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar yaratmaqla qaz tədarükünün şaxələndirilməsi üzrə strateji planına xidmət edir.

Müqavilə 2022-ci il iyulun 18-də Bakı şəhərində imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb. Memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və beləliklə, onun enerji təhlükəsizliyinə töhfə verməkdir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678