Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fikrət Yusifov: “Qarşıda bizi ciddi bir təhlükə gözləyir”

59 Baxış

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə artıq bir ilə yaxındır davam edir. Onun nə vaxt bitəcəyi müəyyən deyil. Dünya birliyi, Amerika Birləşmiş Ştatları başda olamaqla, mümkün olan bütün rıçaqlardan istifadə edərək Rusiya ətrafında nəfəsliyi getdikcə daha da daraltmaqdadır. Rusiya bu təziqlərə nə qədər davam gətirəcək? Rusiyanın müqavimət imkanları tükəndikcə, onun dünya birliyinə və müharibə başlatdığı Ukraynaya qarşı aqressiyası da artır. Rusların bu gün müharibədə dönüş yaratmaq xatirinə minlərlə əsgəri bilə-bilə Ukrayna hərbi qüvvələrinin ət maşınından keçirməsinə nə ad vermək olar? Bu gerçək olaraq o deməkdir ki, ruslar başlarını itiriblər. Bu gün Rusiyadan imkanı olan hər kəs qaçır”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu iqtisadçı alim Fikrət Yusifov bildirib.

Fikrət Yusifov qeyd edib ki, rusların münbit qaçış yerlərindən biri də Azərbaycan və onun paytaxtı Bakıdır: “Bakı onsuz da kifayət qədər yüklənmiş bir şəhərdir. Regionlarımızda iş yerləri tapa bilməyən insanlar artıq illərlədir ki, axın-axın Bakıya və onun ətraf yaşayış məntəqələrinə gəlirlər. Belə bir durumda Rusiyadan minlərlə miqrantın Bakıya gəlməsi vəziyyəti daha da ağırlaşdırır. Bütün bunları görmək və dəyərləndirmək lazımdır. Biz nəhayət ki, lokal düşüncə manerasından əl çəkib, bir qədər uzağı görməyə imkan verən qlobal düşünmək bacarığına yiyələnməliyik. Hökumət bunu etməyə məhkumdur. Mən hələ rusların bura kütləvi gəlişinin yaratdığı başqa problemlərdən bir o qədər də bəhs etmək istəmirəm. Bu ayrı və olduqca yaralı bir mövzunun predmetidir. Korrupsiya məngənəsində boğulan Rusiyadan bura qaçıb gələnlər ilk növbədə öz dövlətini çapıb talamış oğru məmur oliqarxlar və onların ailə üzvləridir. Onların Rusiyadan bura istədikləri məbləğdə pul gətirmələri də bu gün problem deyil. Bütün bunlar məslənin bir tərəfidirsə, onun digər tərəfi isə onların burada müvəqqəti deyil, daimi yaşamaq və bu məqsədlə daşınmaz əmlak almaq istəkləridir.

 

Onun sözlərinə görə, digər ciddi problem isə onların ictimai yerlərdəki davranışlarıdır. Özlərini ata evindəki tərbiyəsiz (üzürlü sayın, başqa söz seçə bilmədim) uşaq kimi aparır, yerli insanlara isə yuxarıdan aşağıya baxırlar. Sanki Azərbaycan bunların müstəmləkəsidir və onlar öz tabeçiliklərində olan bir əyalətə gəliblər.

 

“Bir neçə gün öncə, axşam, Bakının mərkəzindəki kafelərin birində insan yox, ayı simasında olan üç rusun özünü necə intizamsız və ədəbsiz apardığının şahidi oldum. Gerçək olan budur ki, hüquq-mühafizə orqanlarımızın bunlara öz yerlərini göstərməsinin vaxtı çatıb. Onlara qarşı atılacaq ən düzgün addım isə üç ay qeydiyyat vaxtları bitdikdən sonra ölkədən çıxmağa məcbur edilmələri olmalıdır.

 

Bu bizim üzləşdiyimiz yeganə miqrant problemi deyil. Qarşıda bizi İranla bağlı hadisələr və onların dərinləşərək hərbi münaqişəyə keçməsi kimi daha ciddi bir təhlükə gözləyir. İranda 85 milyon insan yaşayır və bu əhalinin 60 faizindən çoxu Azərbaycan türkləridir. İrana hərbi müdaxilə olarsa, biz bu insanlara qapılarımızı bağlayacağıqmı? Xeyir, biz bunu edə bilməyəcəyik. Biz bunu ruslara qarşı etmək arzusunda olsaq da, öz qan qardaşlarımıza qarşı bunu edə bilməyəcəyik. Hökumət bu barədə ciddi düşünməlidir. Nə qədər ki, gec deyil, İrana qarşı başlayacaq hərbi müdaxilənin (bu qaçılmazdır) yarada biləcəyi humanitar fəlakətin qarşısının alınması yolları üzərində indidən baş sındırmaq lazımdır. Sonra gec olacaq”, – Fikrət Yusifov bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678