Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Teatrşünas-tənqidçi Anar Burcəliyevin yeni kitabı nəşr olunub

138 Baxış

Turanmedia.az xəbər verir ki, tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı yeni kitabı nəşr olunub. Kitab 2020-ci ilin sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Vətən oğullarımızın, Gəncə şəhidlərinin əziz xatirəsinə həsr olunub. Xatırladaq ki, xronoloji ardıcıllıqla ensklopedik məlumat xarakterli kitab “AzPrint” mətbəəsində nəfis tərtibatda Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilib. Kitabın redaktorları Gülər Bayram və Sailə Məhərrəmqızıdır.

 

Esmira Hidayətova // Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678