Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaq ayaq barmaqları üzərində gəzirsə….

43 Baxış

Ayaq barmaqları ucunda yerimək uşaqda heç də düşünüldüyü kimi zehni geriliyin əlaməti deyil.

Turanmedia.az “Medicina”-ya istinadən xəbər verir ki, gəzərkən dabanına deyil, ayağının barmağına basan körpələrin valideynləri qorxmamalıdır. Bu xüsusiyyət tam inkişaf edən uşaqlarda da müşahidə oluna bilər.

Son vaxtlara qədər qəbul edilirdi ki, ayaq barmaqlarında yerimək neyropsixiatrik xəstəliklər, əzələ distrofiyası və ya serebral iflic əlamətlərindən biridir. Lakin Qərb ekspertlərinin bu məsələyə münasibəti fərqlidir.

Bir qrup isveçli tədqiqatçı 5,5 yaşlı 1400-dən çox uşağın müntəzəm tibbi müayinəsindən əldə edilən məlumatları təhlil edib.
Onlar müəyyən ediblər ki, körpələrin demək olar ki, 5%-i həyatın ilk illərində ayaq barmaqları üzərində yeriyir. Onların əksəriyyəti bu vərdişi ilk yeriməyi öyrənəndə qazanıb.

Digərləri üçün bu xüsusiyyətmüstəqil hərəkət etməyə başladıqdan sonra özünü göstərir. Ancaq 2 yaşına qədər bu körpələr artıq normal hərəkət ediblər.

Uşaqlar 5,5 yaşına çatdıqda, yalnız 2% barmaqları üzərində gəzməyə davam edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678