Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi – VİDEO

185 Baxış

Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlifi seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb. 

Seçim koronavirus pandemiyası üçün üç tövsiyə – insanların sıx torlaşdığı yerlərdən, dar məkanlardan  və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678