Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ alimləri donuzlara video oyun oynamağı öyrədiblər

139 Baxış

ABŞ-ın Perdyu Universitetinin alimləri donuzlara video oyun oynamağı öyrədiblər.

Bu barədə gazeta.ru “Frontiers in Psychology” nəşrinə istinadən məlumat yayıb.

Sınaqların gedişində donuzlara kompüterə qoşulmuş joystikdən necə istifadə edilməsi nümayiş olunub. Təcrübədə iştirak edən Ayvori, Eboni, Hamlet və Omlet adlı dörd donuz joystikdən düzgün istifadə etməyi və ekranda baş verənləri izləməyi öyrəniblər.

Kursorun divarla toqquşmasını tələb edən video oyunun qalibi isə Hamlet və Omlet olub. Qaliblərə mükafat olaraq dadlı yemək verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678