Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moldovada altı biznesmen intiqam məqsədiylə deputatı zorlayıb

124 Baxış

Moldovada altı biznesmen intiqam məqsədiylə parlament deputatını zorlayıb.

TV8 telekanalının məlumatına görə, bu barədə “Bizim Partiya”nın (“Partidul Nostru”) rəhbəri  Renato Usatıy bəyan edib.

Onun sözlərinə görə, Vlad Plaxotnyukun rəhbərliyi ilə Demokratik Partiyanın iqtidar olduğu dövrlərdə iş adamları deputatlardan birinin fəaliyyətindən külli miqdarda ziyan görüblər.

“Ploxotnyukun dövründə iş adamlarına çox ziyan vuran bir deputat var idi. Adını çəkmək istəmirəm, amma bunun necə bitdiyini sizə deyə bilərəm. Ploxotnyukun rəhbərliyi dövründə bu deputatın hərəkətləri səbəbindən çox əziyyət çəkən altı biznesmen toplandı və sözün əsl mənasında ona təcavüz etdi”, – deyə Usatıy vurğulayıb.

O, təfərrüatı açıqlamaqdan, o cümlədən parlament üzvünün adını çəkməkdən imtina edib, lakin bu məlumatların doğru olduğuna da əmin edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678