Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Günəşdə güclü maqnit qasırğası baş verdi

151 Baxış

Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğasını qeydə alıblar.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Məlumata görə, geomaqnit narahatlıq səviyyəsi doqquz ballıq miqyasda yeddinci səviyyəyə qədər yüksəlib.

“Əslində, Yer kürəsi çox qısa və güclü kosmik zərbə alıb. Gün yarım keçdikdən sonra hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə gözə çarpan hadisələr olmayıb”.

Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyədə qasırğa enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, orbitdəki kosmik aparatlarda, peyk naviqasiyasında problemlər yarada, həmçinin radio rabitəsində fasilələrə səbəb ola bilər.

Hazırda vəziyyət sabitdir. Alimlər bilidirblər ki, Günəşdə alışma aktivliyi aşağı səviyyədədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678