Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə və Rusiya arasında Zəngəzur dəhlizinin müzakirəsi erməniləri DƏLİ ETDİ

120 Baxış

Türkiyə Rusiya ilə Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəisi Rza Tuna Turağay deyib.

O bildirib ki, Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Rusiya ilə danışıqlar aparır.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə yüksək səviyyəli danışıqlar davam edir. Biz dəhlizin çox yaxın vaxtlarda açılacağını gözləyirik”, – nazir müavini deyib.

Onun sözlərinə görə, bu gün dəhlizin tezliklə açılması məsələsi Azərbaycan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi baxımından ən vacib məsələlərdən biridir.

Turağay qeyd edib ki, Türkiyə Azərbaycanla ticarət dövriyyəsini indiki 5 milyard dollardan 15 milyard dollara çatdırmağı hədəfləyib və bu kontekstdə Zəngəzur dəhlizinin vaxtında açılması vacibdir.

Bu açıqlamanın fonunda Ermənistanda növbəti gərginlik yaranıb. Türkiyə və Rusiya arasında aparılan danışıqlar Ermənistanda matəm içində matəmə səbəb olub.

Ermənilər sosial şəbəkələrdə Zəngəzurla bağlı Ermənistanın bir dövlət kimi sayılaraq adının çəkilməməsindən hiddətləniblər.

“Ermənistan “qürurla və sakitcə” baş verənləri müşahidə edir və hər şeyi olduğu kimi qəbul edir, başqa çıxış yolu yoxdur”, – deyə təəssüfləniblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678