Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana işıq saçan sönməz günəş

191 Baxış

Azərbaycana işıq saçan sönməz günəş.

Dahi şəxsiyyət Heydər Əliyevin anım günü həm respublikamızda, həm də onun hüdudlarından uzaqlarda da qeyd olunur, əbədiyaşar liderimizin nurlu xatirəsi dərin ehtiramla yad edilir. Turanmedia.az xəbər verir ki, Mingəçevirlilər böyük insanın əziz və unudulmaz xatirəsi hörmətlə anır, 100 illik yubleylə bağlı silsilə tədbirlər həyata keçir və əminik ki, neçə illər, qərinələr, əsrlər keçsə belə, bu ənənə davam edəcək.

Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın sönməz günəşi” başlığı altında konsert proqramı təşkil edib. İlk öncə Mərkəzin əməkdaşları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Zəhra Bayramova Ulu Öndərin mənalı ömür yolundan, mədəniyyətimizə verdiyi dəyərdən, əvəzsiz xidmətlərindən danışıb.

Tədbir geniş konsert proqramı ilə davam edib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678