Mingəçevirdə “Dahilik Divanı” adlı tamaşa-kompozisiyasının nümayişi olub

108 Baxış

Mingəçevirdə ” Dahilik Divanı” adlı tamaşa-kompozisiyasının nümayişi olub.

Turanmedia.az xəbər verir ki, bu gün Bərdə Regional Mədəniyyət İdarəsi , Mingəçevir Dövlət Dram Teatrının birgə təşkilatçılığı və ” EL ” televiziyasının informasiya dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ” Dahilik Divanı” adlı tamaşa-kompozisiyasının nümayişi olub.

Tamaşa- kompozisiyada teatrın bütün yaradıcı heyəti iştirak ediblər.

 

Esmira Hidayətova,Mingəçevir